35 baxış
Bu yazını paylaşın
İdman

Ceyhun Sultanov: “Linkoln” öz ölkəsinin çempionu olubsa, deməli, oynaya bilir”

20 İyun 2023

“Bu komanda öz ölkəsinin çempionu olubsa, deməli, oynaya bilir”.

Bunu “Telejurnal” a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov “Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Cəbəllütariq “Linkoln”u barədə danışarkən deyib.

Onun sözlərinə görə, bu gün futbol çox dəyişib və hansısa komandanı asan rəqib adlandırmaq olmaz: “Ona görə də indidən fikir bildirmək çətindir. Mənə görə, şanslar bərabərdir. İlk matçdan sonra nəsə demək olar”.

Veteran yarımmüdafiəçi bildirib ki, futbolda istənilən rəqibi ciddiyə almalısan: “Əks halda, hər şey ola bilər. Mənə görə, avrokuboklarda zəif komanda yoxdur”.

Qeyd edək ki, “Qarabağ” ilk oyunu 11-12 iyulda səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…