26 baxış
Bu yazını paylaşın
Siyasi

Ceyhun Bayramov Rusiya səfirini Azərbaycandakı diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib

08 İyun 2023

Xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu ölkəmizdəki diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.

Bu barədə “Telejurnal” a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı tərəflər Azərbaycan və Rusiya arasında səmərəli əməkdaşlığı və onların inkişaf perspektivlərini məmnunluqla vurğulayıblar. Müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə yüksələn münasibətlərin dinamik şəkildə inkişaf etdiyi diqqətə çatdırılıb.

C.Bayramov səfir Mixail Boçarnikova fəaliyyəti dövründə Azərbaycan-Rusiya münasibətlərinin inkişafına verdiyi töhfəyə, peşəkar fəaliyyətə və meydana gələn məsələlərin effektiv həllinə göstərdiyi dəstəyə görə dərin minnətdarlığını bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

M.Boçarnikov öz növbəsində Azərbaycandakı fəaliyyəti dövründə ona göstərilmiş dostluq və əməkdaşlıq münasibətlərinə görə öz minnətdarlığını bildirib.

Görüş zamanı, həmçinin, ikitərəfli münasibətlərlə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…