27 baxış
Bu yazını paylaşın
Siyasi

Ceyhun Bayramov: “Ruben Vardanyanın fəaliyyəti cinayətkar və avantürist xarakter daşıyır”

23 Dekabr 2022

“Milyarder Ruben Vardanyanın fəaliyyəti cinayətkar və avantürist xarakter daşıyır”.

TELEJURNAL-ın  məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Nazir deyib ki, regionda məskunlaşmış Vardanyanın fəaliyyəti avantürist xarakter daşıyır: “O, regionu nə qədər tez tərk etsə, hamı üçün bir o qədər yaxşı olar. Çünki bundan ilk növbədə yerli əhali əziyyət çəkir. Belə ki, bu, yerli əhalinin reinteqrasiya prosesinə mane olur”.

XİN başçısı bütün maraqlı tərəfləri regionda yaşayan erməni əhalisinin reinteqrasiyası prosesinə töhfə verməyə çağırıb.

C.Bayramov Azərbaycan tərəfinin bu istiqamətdə addımlar atdığını və bu addımları gələcəkdə də davam etdirməyə hazır olduğunu söyləyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…