28 baxış
Bu yazını paylaşın
Siyasi

Ceyhun Bayramov Koreya XİN başçısının xüsusi nümayəndəsi ilə görüşüb

23 İyun 2023

Azərbaycannın xarici işlər naziri Ceyhun Bayramov ilə Koreya xarici işlər nazirinin xüsusi nümayəndəsi Beyk Cuhyon arasında görüş keçirilib.

Bu barədə “Telejurnal” a Xarici İşlər Nazirliyindən məlumat verilib.

C.Bayramov Azərbaycan və Koreya arasında mövcud olan ikitərəfli münasibətlərin uğurlu inkişafını, həmçinin iki ölkə arasında bir çox sahələrdə geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu qeyd edib. Ölkələrimiz arasında, iqtisadiyyat, yüksək texnologiyalar, enerji, təhsil, turizm və bir sıra digər istiqamətlərdə əməkdaşlıqdan məmnunluq ifadə olunub. Ölkələrimiz arasında təhsil sahəsində artan əməkdaşlığın, Koreya təhsil standartları əsasında yaradılmış Sənayə və İnnovasiyalar Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyətinin, universitetlər arasında ikili diplom təhsil proqramlarının ölkələrimiz arasında artan əməkdaşlığın vacib istiqamətlərindən olduğunu bildirib.

Nazir daha sonra 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.

Koreya xüsusi nümayəndəsi öz növbəsində iki ölkə arasında əlaqələrin uğurlu inkişafını vurğulayaraq, Koreyanın Azərbaycanla investisiya, təhsil, gəmiçilik, ərazilərin minalardan təmizlənməsi, nəqliyyat, kommunikasiya, su ehtiyatlarının idarə edilməsi və digər sahələrdə əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinə toxunub. Koreya şirkətlərinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…