20 baxış
Bu yazını paylaşın
Siyasi

Ceyhun Bayramov həmməruzəçilərlə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

05 İyun 2023

5 iyun tarixində xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesini müzakirə edib.

Xarici İşlər Nazirliyindən “Telejurnal” a verilən məlumata görə, görüşdə tərəflər arasında Azərbaycan və AŞPA əməkdaşlıq gündəliyində duran məsələlər, gələcək perspektivlər, o cümlədən regionda mövcud cari vəziyyət və AŞPA-nın Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə mümkün töhfələri ətrafında müzakirə aparılıb.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədəki mövcud vəziyyət, Azərbaycan tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq layihələrindən söz açaraq Ermənistanın təxribatlarına və prosesləri ləngitmək səylərinə baxmayaraq bölgədə sülh və sabitliyin təmini istiqamətində, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə ölkəmiz tərəfindən atılan mühüm addımlardan bəhs edib. Habelə, görüşdə işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsi, bu xüsusda 10 noyabr Üçtərəfli bəyanatdan irəli gələrək Ermənistan tərəfindən öhdəliklərin yerinə yetirilməməsi kimi məsələlərə toxunulub.

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri ölkəmizə səfər çərçivəsində Ağdam rayonuna səfər etdiklərini və Azərbaycan tərəfindən aparılan genişmiqyasılı yenidənqurma işləri ilə yaxından tanış olduqlarını bildiriblər. Regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin beynəlxalq və regional məsələlər üzrə qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…