25 baxış
Bu yazını paylaşın
Siyasi

Ceyhun Bayramov: “Ermənistan ictimai rəylə manipulyasiya etməyə çalışır”

23 Dekabr 2022

“Ermənistan ictimai rəylə manipulyasiya etməyə çalışır”.

TELEJURNAL-ın Rusiya bürosunun məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Biz Moskvada keçirilməli olan danışıqların üçüncü raundunun baş tutmayacağı barədə bir gün əvvəl xəbər tutduq. Mən Ermənistanın həyata keçirdiyi manipulyasiya kampaniyasına diqqət çəkmək istərdim. Ermənistan tərəfi sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketi təqdim etdi. Demək olar ki, eyni vaxtda Ermənistan nümayəndələri bu barədə geniş ictimaiyyətə məlumat verdilər. Bununla paralel olaraq, Azərbaycanın guya danışıqlardan imtina etdiyi barədə şaiyələr yaydılar. Bu açıq şəkildə göstərir ki, Ermənistan səylərini prosesin özünə deyil, onun imitasiyasına yönəldir. İctimai rəylə manipulyasiya etməyə çalışırlar. Zaman və şərait dəyişsə də, vərdişlər dəyişməyib. Amma bunun Ermənistan tərəfinə nə verdiyi bəlli deyil”, – o bildirib.

Laçın yolu ətrafında yaranmış vəziyyətə münasibət bildirən nazir onun blokadaya alınması ilə bağlı Ermənistan tərəfinin yaydığı məlumatların həqiqəti əks etdirmədiyini diqqətə çatdırıb. “Mövcud faktlarla bunu təkzib etmək asandır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…