23 baxış
Bu yazını paylaşın
Siyasi

Ceyhun Bayramov Çavuşoğlunu təbrik edib

28 May 2023

28 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğluna zəng vurub.

”Telejurnal.az” Xinə istinadən  bildirir ki, nazir Ceyhun Bayramov Türkiyədə keçirilən prezident və parlament seçkilərində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və Cümhur İttifaqının səs çoxluğu ilə qətiyyətli qələbəsi münasibətilə nazir Çavuşoğluna təbriklərini çatdırıb.

Azərbaycanla qardaş Türkiyə arasında strateji müttəfiqliyimizin daha da möhkəmlənəcəyinə, ikitərəfli və regional çərçivədə hərtərəfli əlaqələrimizin genişlənəcəyinə əminlik ifadə olunub.

Xarici işlər naziri Mevlüt Çavuşoğlu göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…