36 baxış
Bu yazını paylaşın
Siyasi

Ceyhun Bayramov: Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinin Şuşada qeyd edilməsi rəmzi məna daşıyır

18 Mart 2022

Bu il biz Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyini qeyd edirik. Artıq bir müddətdir bununla bağlı silsilə tədbirlər keçirilir. Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində belə bir toplantının keçirilməsi rəmzi məna daşıyır.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Şuşada Azərbaycan-BMT münasibətlərinin 30 illiyinə həsr olunmuş tədbirdə iştirak edən xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə müsahibəsində söyləyib.
Nazir qeyd edib ki, Azərbaycan BMT tərəfindən elan edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) böyük önəm verir və DİM-lər üzrə müxtəlif sahələrdə bütün dünya qarşısında duran mövzularla bağlı prioritetlərini müəyyənləşdirir.
Ölkəmiz bu istiqamətlərdə inkişaf etmək üçün böyük və sistemli işlər həyata keçirir. Azərbaycan həm postmünaqişə dövrünə aid olan, həm də postpandemiya dövründə dünya qarşısında dayanan çağırışları BMT kontekstində müzakirə etmək məqsədilə bu gün Şuşa şəhərində xüsusi toplantı təşkil edib. Burada həm Azərbaycanın müxtəlif dövlət qurumlarının rəhbərləri, nümayəndələri, həm də BMT-nin müxtəlif agentliklərinin rəhbərləri iştirak edirlər. Hesab edirik ki, bu tədbir çox önəmli və vacib mövzuların müzakirəsi baxımından mühüm platforma kimi Azərbaycanla BMT arasında münasibətlər üçün faydalı olacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…