16 baxış
Bu yazını paylaşın
Siyasi

Ceyhun Bayramov: Azərbaycan nəqliyyat-kommunikasiya xətlərinin açılmasını təklif etməklə regionun inkişafı üçün geniş imkanlar yaradıb

07 İyul 2022

Bakı, 7 iyul, TELEJURNAL AZƏRTAC istinadən xəbər verir ki,

Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistana ən yüksək səviyyədə sülh müqaviləsi üzərində işləmək təklifi edib. Bu, siyasi iradə və gələcəyə baxış tələb edir. Azərbaycan bu istiqamətdə əməli addımlar atıb. Eyni zamanda, sərhədlərin müəyyənləşdirilməsini, nəqliyyat-kommunikasiya xətlərinin açılmasını təklif etməklə regionun inkişafı üçün geniş imkanlar yaradıb.

bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində “Postmünaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda könüllü gənclərin iştirakı ilə keçirilən “Diplomatiya həftəsi”nin açılış mərasimində çıxışı zamanı deyib.

“Biz “Diplomatiya həftəsi” çərçivəsində ən vacib istiqamətlərdən biri olan 30 illik işğal və müharibə dövrlərində baş vermiş cinayətlər barədə açıq şəkildə danışmalıyıq. Düzdür biz sülhsevər dövlətik, xalqıq, gələcəyə baxırıq, amma bu, o demək deyil ki, biz keçmişi unutmalı və ondan dərs çıxarmamalıyıq”, – deyə Ceyhun Bayramov qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…