52 baxış
Bu yazını paylaşın
Siyasi

Ceyhun Bayramov: Azərbaycan Əfqanıstandakı humanitar vəziyyətin həlli istiqamətində İƏT-in səylərini dəstəkləməyə hazırdır

19 Dekabr 2021

Dekabrın 19-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Əfqanıstandakı humanitar vəziyyətlə bağlı keçirilən növbədənkənar iclasında çıxış edib.

‘TELEJURNAL’ xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsində AZƏRTAC-a bildiriblər ki, çıxışında iclasın çağırılması təşəbbüsünə görə İƏT sədri Səudiyyə Ərəbistanı Krallığına və tədbirə ev sahibliyi etdiyinə görə Pakistan tərəfinə təşəkkürünü ifadə edən nazir çıxışında bir sıra mühüm məqamları vurğulayıb.

Təşkilatın təsisçi dövlətlərindən biri olan Əfqanıstanda vəziyyətin gərginləşməsinin regional və qlobal səviyyədə ciddi problemlər yaratdığını və ümumi narahatlıq mənbəyi olduğunu diqqətə çatdıran C.Bayramov bildirib ki, Əfqanıstandakı böhranın dəhşətli humanitar nəticələri yüz minlərlə günahsız insanın həyatını təhlükə altına qoyduğu üçün bütün beynəlxalq ictimaiyyətin təcili tədbirlər görməsini tələb edir. İslam həmrəyliyinin nəcib prinsipi əsasında qurulan İƏT-in bu çətin zamanda əfqan bacı və qardaşlarımızın yanında olmaq məsuliyyəti var. Humanitar yardım sahəsində son illərdə toplanmış mühüm təcrübə və yaradılmış mexanizmlər və təsisatlar sayəsində İƏT Əfqanıstandakı humanitar vəziyyətin həllində aparıcı rol oynamaq üçün yaxşı mövqeyə malikdir. Təşkilatın məsul üzvü kimi Azərbaycan, İƏT-in bu istiqamətdə səylərini dəstəkləməyə hazırdır.

Nazir vurğulayıb ki, davamlı həll yolları tapmaq üçün mövcud vəziyyətin əsas səbəblərini nəzərdən qaçırmaq olmaz. Bu kontekstdə ölkədə tam funksional inklüziv idarəetmə sisteminin yaradılması, xüsusilə gənclər arasında terrorizm, ekstremizm və narkotik vasitələrin qanunsuz dövriyyəsi risklərinin, yoxsulluğun aradan qaldırılması və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsi həyati əhəmiyyət kəsb etməkdə davam edir. Əks halda, sadəcə, humanitar yardım Əfqanıstan xalqının onilliklər boyu çəkdiyi əzablara çarə ola bilməz.

“Dinc və inklüziv proses vasitəsilə effektiv idarəetmənin qurulması böhrandan yeganə çıxış yoludur. Bununla əlaqədar, biz İƏT-in qəbul etdiyi bir sıra qətnamələrin etibarlılığını vurğulayırıq və Əfqanıstanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına dəstəyimizi bir daha təsdiqləyirik.

Əfqanıstanda təhlükəsizlik və sabitlik regiondakı ümumi təhlükəsizlik mühiti ilə sıx bağlıdır. Əfqanıstandakı vəziyyətin gərginləşməsi ilə bağlı üzləşdikləri ciddi problemlərin həllində qonşu İƏT-ə üzv dövlətlərə də bizim həmrəyliyimiz və dəstəyimiz göstərilməlidir”, – deyə Azərbaycanın xarici işlər naziri bildirib.

https://azertag.az/xeber/Ceyhun_Bayramov_Azerbaycan_Afqanistandaki_humanitar_veziyyetin_helli_istiqametinde_IAT_in_seylerini_desteklemeye_hazirdir-1955676

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…