192 baxış
Bu yazını paylaşın
Siyasi

Ceyhun Bayramov: Azərbaycan Avropa İttifaqı ilə faydalı əməkdaşlığa böyük diqqət yetirir

04 Fevral 2022

Azərbaycan Avropa İttifaqının ən etibarlı tərəfdaşlarındandır. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı çərçivəsində Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşdən məmnunuq. Azərbaycan Avropa İttifaqı ilə faydalı əməkdaşlığa böyük diqqət yetirir.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə birgə fevralın 4-də keçirilən mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, TAP layihəsinin son mərhələsində qazın Avropaya nəqli 2021-ci ilin ən böyük layihələrdəndir. Azərbaycan Avropanı 8, 2 milyard kubmetr qazla təmin edib və bunun həcmi daha da genişlənəcək.
Ceyhun Bayramov Qərbi Balkan ölkələrinin də Azərbaycan qazını almasında maraqlı olduqlarını qeyd edib.
Avropa İttifaqı Azərbaycanla hərtərəfli sazişin imzalanması ilə bağlı təkliflərini verib və bunun üzərində iş gedir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…