25.10.2024 07:35:18
171 baxış
Bu yazını paylaşın
Siyasi

Ceyhun Bayramov: Azad edilmiş torpaqlarda reabilitasiyaya əsas maneə bu ərazilərin minalarla çirkləndirilməsidir

18 Mart 2022

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantıda çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
Nazir qeyd edib ki, müharibə başa çatandan dərhal sonra Azərbaycan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti, yenidənqurma işlərinə başlayıb. “İşğal dövründə yerlə-yeksan edilmiş bu ərazilərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin ləyaqətli və təhlükəsiz şəkildə öz yurdlarına geri qayıtması, bu ərazilərdə Azərbaycanın erməni əsilli vətəndaşlarının siyasi, iqtisadi və digər sahələrə inteqrasiyası və bərabərhüquqlu vətəndaş olması əsas prioritetlərindəndir. Azad edilmiş torpaqlarda reabilitasiyaya mane olan əsas məqam bu ərazilərin minalarla çirkləndirilməsidir. Bu, məcburi köçkünlərin təhlükəsiz şəkildə qayıtmasına və sürətli yenidənqurmaya əngəl törədir. BMT institutlarının təmsilçilərinin bu regionlara səfəri və baş verənləri öz gözləri ilə görməsi yaxşı olardı. Ümid edirik ki, bu missiyalar gördüklərini öz hesabatlarında əhatəli şəkildə təqdim edəcəklər və konkret təkliflər verəcəklər. Təbii ki, bu hesabatlarda Azərbaycan Hökumətinin qısa zamanda gördüyü işlər də kənarda qalmamalıdır”, – deyə nazir əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…
Back To Top