58 baxış
Bu yazını paylaşın
Siyasi

Ceyhun Bayramov Aİ rəsmisinə ermənilərin təxribatı barədə məlumat verdi

04 Oktyabr 2020

Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.“telejurnal” “Qafqazinfo”a istinadən xəbər verir ki, tərəflər arasında bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Aİ-nin ali nümayəndəsi bölgədə yaşanan gərginliklə bağlı ciddi narahatlığını bildirib. Aİ-nin gərginliyin aradan qaldırılmasında maraqlı olduğu və münaqişənin sülh yolu ilə həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərini dəstəklədiyi qeyd olunub.

Nazir Ceyhun Bayramov Ermənistanın son aylarda həyata keçirdiyi təxribatçı fəaliyyətin davamı olaraq, 27 sentyabr tarixində bütün cəbhə boyu Azərbaycana qarşı yeni təcavüzə əl atdığını və buna cavab olaraq Azərbaycan silahlı qüvvələrinin əks həmlələri həyata keçirdiyini qeyd edib. Ermənistanın Azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədli şəkildə hədəfə aldığını Aİ rəsmisinin diqqətinə çatdıran nazir Ceyhun Bayramov, 19 nəfər dinc sakinin həlak olduğu, 63 nəfərin isə yaralandığı barədə məlumat verib.

Nazir, Ermənistan ərazisindən Azərbaycanın yaşayış məntəqələrinin raket və artilleriya atəşinə tutulduğunu qeyd edərək, bununla ciddi təxribata əl atan Ermənistanın üçüncü tərəfləri münaqişəyə cəlb etmək məqsədini güddüyünü bildirib. Bölgədə sülhün təmin olunması üçün beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət olunmasının və Azərbaycanın ərazilərinin işğalına son qoyulmasının vacibliyi vurğulanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…