26 baxış
Bu yazını paylaşın
Dünya

Çexiya ukraynalı qaçqınların müvəqqəti müdafiəsini genişləndirmək niyyətindədir

01 Avqust 2023

Çexiya Daxili İşlər Nazirliyi ukraynalı qaçqınlar üçün müvəqqəti müdafiə statusunu azı 2025-ci ilə qədər uzatmaq niyyətindədir.

TELEJURNAL   CTK-yə istinadən xəbər verir ki, “Ukrayna haqqında” qanuna müvafiq düzəlişlər qurum tərəfindən iyulun 31-də təqdim edilib.

Onlar ukraynalı qaçqınların müvəqqəti müdafiəsinin daha bir il, 2025-ci ilin mart ayının sonuna qədər uzadılmasını nəzərdə tutur.

Çexiya Daxili İşlər Nazirliyi əmindir ki, Ukraynada genişmiqyaslı müharibənin hazırkı gedişi ukraynalı qaçqınların yaxın gələcəkdə evlərinə qayıda biləcəklərini deməyə hələ əsas vermir.

Bundan əlavə, Aİ-yə üzv ölkələrin işçi qruplarında Ukraynadan olan qaçqınların müvəqqəti müdafiəsinin 2025-ci ilin mart ayına qədər uzadılması ilə bağlı konsensus var və oktyabrın sonuna kimi Aİ səviyyəsində siyasi qərar qəbul edilməlidir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…