20 baxış
Bu yazını paylaşın
Siyasi

Çexiya rusiyalı milyarderin otelinin üzərinə həbs qoyub

31 İyul 2023

Çexiyanın Maliyyə Təhlili Departamenti rusiyalı milyarder Vladimir Yevtuşenkovun şirkətlərinin hesablarını bloklayıb və onun Karlovı Varıdakı beşulduzlu “Savoy Westend” otelinin üzərinə həbs qoyub.

TELEJURNAL  xəbər verir ki, bu barədə CT24 telekanalı məlumat yayıb.

Qeyd olunub ki, bu yolla Çexiyanın iş adamına qarşı iyunun sonunda tətbiq etdiyi sanksiya tədbirləri fəaliyyətə başlayıb.

Çexiya hökuməti Yevtuşenkovun 100 milyon çex kronu (təxminən 4,59 milyon ABŞ dolları – Red) məbləğində əmlakına həbs qoyub. Telekanalın məlumatına görə, iş adamının Karlovı Varıdakı ümumi əmlakı 500 milyon çex kronu (təxminən 23 milyon ABŞ dolları – Qeyd) dəyərində qiymətləndirilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…