314 baxış
Bu yazını paylaşın
İctimai

Cərrah: “Liv Bona Dea Hospital”ında 12 xəstə üzərində qaraciyər transplantasiyası əməliyyatı keçirilib”

03 Sentyabr 2022

“Liv Bona Dea Hospital”ında aralarında azyaşlı olmaqla 12 xəstə üzərində canlı donordan qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib.

“TELEJURNAL.AZ” xəbər verir ki, bunu “Liv Bona Dea Hospital”da keçirilən mətbuat konfransında hospitalın cərrah-transplantoloqu Eldar Əhmədov deyib.

Transplantasiyanın çox böyük bir professionallıq tələb etdiyini bildirən cərrah bildirib ki, bu işdə ən başda peşəkar komandanın olması əsas şərtdir:

“Qaraciyər transplantasiyası tibbdə ən çətin əməliyyatlardan sayılır. Biz ölkəmiz adına bu kimi çətin əməliyyatları müvəffəqiyyətlə icra etdiyimiz üçün qürur duyuram. Biz bu müddət ərzində 12 xəstəmiz üzərində canlı donordan transplantasiya əməliyyatı icra etdik.

Onların hamısının əməliyyatı uğurla başa çatdı. Qürurla deyə bilirik ki, Azərbaycanda bu işləri həyata keçirəcək peşəkar komanda var”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…