30 baxış
Bu yazını paylaşın
İdman

Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli olub

18 May 2023

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.

Telejurnal Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, ən yaxşı “11-lik”də bu raundun dörd iştirakçısının üçündən oyunçu yer alıb.

Rəmzi komandada ən çox futbolçu ilə İngiltərənin “Mançester Siti” klubu təmsil olunub – 6. Siyahıya İtaliya “İnter”indən 4, “Milan”dan isə bir oyunçu düşüb.

Qapıçı: Ederson (“Mançester Siti”)
Müdafiəçilər: Kayl Uolker, Manuel Akanci (hər ikisi “Mançester Siti”), Françesko Açerbi, Federiko Dimarko (hər ikisi “İnter”), Malik Tşau (“Milan”)
Yarımmüdafiəçilər: Kevin De Brüyne, Bernardu Silva (hər ikisi “Mançester Siti”), Hakan Çalhanoğlu (“İnter”)
Hücumçular: Xulian Alvares (“Mançester Siti”), Lautaro Martines (“İnter”).

Qeyd edək ki, Çempionlar Liqasının finalında “Mançester Siti” və “İnter” klubları üz-üzə gələcəklər. Həlledici qarşılaşma iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…