230 baxış
Bu yazını paylaşın
İctimai

Çempionlar Liqası: “Qarabağ” bu gün qrup mərhələsinə vəsiqə qazana bilər

23 Avqust 2022

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

“TELEJURNAL.AZ”ın məlumatına görə, “köhlən atlar” Çexiyada “Viktoriya” (Plzen) komandasının qonağı olacaq. Plzendəki “Dusan Arena”da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı portuqaliyalı FIFA referisi Artur Diaş idarə edəcək.

Bakıdakı ilk oyunda qolsuz heç-heçə qeydə alınıb. Cavab görüşündə qalib gələn komanda turnirin qrup mərhələsinə vəsiqə qazanacaq. Məğlub tərəf isə yoluna Avropa Liqasının qrupunda davam edəcək.

Ağdam təmsilçisi matça ciddi itkilərlə çıxacaq. Kapitan Maksim Medvedev və kolumbiyalı müdafiəçi Kevin Medina zədə səbəbindən oyunu buraxacaqlar. Meydan sahiblərindən isə kapitan Lukaş Heyda cəzalı olduğu üçün görüşdə iştirak etməyəcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunu

23 avqust

23:00. “Viktoriya” (Plzen, Çexiya) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Artur Diaş, Ruy Tavareş, Paulu Soareş, Fabiu Verisimu

VAR hakimləri: Tyaqu Martinş və Luiş Qodinyu (hamısı Portuqaliya)

Plzen, “Dusan Arena”

Qeyd edək ki, “Qarabağ” daha əvvəl 2017/2018 mövsümündə Çempionlar Liqasının qrupunda mübarizə aparıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…