35 baxış
Bu yazını paylaşın
İdman

Çempionlar Liqası: “Qarabağ” bu gün Polşa klubu ilə cavab matçına çıxacaq

02 Avqust 2023

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

TELEJURNAL-ın   məlumatına görə, Ağdam təmsilçisi Polşanın “Rakuv” komandasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Matçın baş hakimi Sven Yablonski olacaq.

İlk qarşılaşmada rəqibinə 2:3 hesabı ilə uduzan “köhlən atlar” mərhələni adlamaq üçün ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır.

Qeyd edək ki, bu cütün qalibi III raundda Kipr “Aris”i ilə qarşılaşacaq. Uduzan tərəf isə Avropa Liqasının III təsnifat mərhələsində HİK (Finlandiya) / “Molde” (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
2 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Rakuv” (Polşa)
Baş hakim: Sven Yablonski (Almaniya)
İlk oyun – 2:3
Bakı Olimpiya Stadionu

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…