242 baxış
Bu yazını paylaşın
İctimai

Çempionlar Liqası: “Qarabağ” bu gün Macarıstanda cavab oyununa çıxacaq

09 Avqust 2022

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.

“TELEJURNAL.AZ”ın məlumatına görə, “köhlən atlar” Macarıstanda “Ferentsvaroş” klubunun qonağı olacaq. “Groupama Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanı ispaniyalı FIFA referisi Karlos del Serro idarə edəcək.

Azərbaycan çempionu oyuna ciddi itkilərlə çıxacaq. İki əsas mərkəz müdafiəçisi – Maksim Medvedev və Kevin Medina zədə səbəbindən bu matçda iştirak edə bilməyəcək. Əvəzində ilk görüşü cəzalı olduqları üçün buraxan Kadi Borges və Riçard Almeyda komandanın baş məşqçisi Qurban Qurbanovun sərəncamında olacaq. Budapeşt təmsilçisindən isə Henri Vinqonun Ağdam klubuna qarşı oynamayacağı dəqiqdir. Rayan Mmae və Mats Knusterin meydana çıxmaları isə sual altındadır.

Mərhələni adlayan komanda UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək.

Qeyd edək ki, ki, Bakıdakı ilk qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Bu cütün qalibi pley-offda “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) duelinin güclüsü ilə görüşəcək. Moldovadakı ilk matçda Çexiya təmsilçisi 2:1 hesablı qələbə qazanıb. “Ferentsvaroş” – “Qarabağ” cütündə uduzan tərəf isə Avropa Liqasının pley-offunda “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün məğlubu ilə qarşılaşacaq. İrlanidyadakı ilk oyunda meydan sahibləri 3:1 hesablı qələbə qazanıblar.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

9 avqust

22:00. “Ferentsvaroş” (Macarıstan) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Karlos del Serro, Xose Naranxo, Qonsalo Qonsales, Migel Anxel Ortis Arias (hamısı İspaniya)

VAR hakimləri: Xavyer Estrada Fernandes, İqnasio İqlesias Vilyanueva

Budapeşt, “Groupama Arena”

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…