45 baxış
Bu yazını paylaşın
İctimai

Çempionlar Liqası: “Qarabağ” bu gün Macarıstan klubu ilə qarşılaşacaq

03 Avqust 2022

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

“TELEJURNAL.AZ”ın məlumatına görə, “köhlən atlar” III təsnifat mərhələsinin ilk matçında Macarıstanın “Ferentsvaroş” klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi isveçli Andreas Ekberq olacaq.

Ağdam təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq. Kevin Medina zədəli, Kadi Borges və Riçard Almeyda isə cəzalı olduqları üçün Macarıstan çempionuna qarşı ilk matçı buraxacaqlar. Qonaqlardan isə Henri Vinqo zədə səbəbindən meydana çıxa bilməyəcək.

Komandalar arasında cavab oyunu avqustun 9-da Budapeştdə keçiriləcək.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

3 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Ferentsvaroş” (Macarıstan)

Hakimlər: Andreas Ekberq, Mehmet Çulum, Niklas Nyuberq, Adam Ladebek (hamısı İsveç)

VAR hakimləri: Yohem Kamfus, Rob Diperink (hər ikisi Niderland)

Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtl Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. “Qarabağ” – “Ferentsvaroş” cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda “Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…