33 baxış
Bu yazını paylaşın
İctimai

Çempionlar Liqası: Mahir Emrelinin komandası qələbə qazanıb

03 Avqust 2022

Futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

“TELEJURNAL.AZ” xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma keçirilib.

Açılış matçında “Qarabağ”ın pley-offdakı potensial rəqibləri olan Moldova “Şerif”i və Çexiyanın “Viktoriya” (Plzen) komandası üz-üzə gəlib. Kişineudakı “Zimbru” stadionunda oynanılan qarşılaşma Plzen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Bolqarıstanda “Lüdoqorets”i 2:1 hesabı ilə məğlub edib. 25 yaşlı forvard zədə səbəbindən bu görüşü buraxıb.

Niderland PSV-si Fransada “Monako” ilə sülhə razılaşıb. Şotlandiya “Reyncers”i Belçikada “Yunion”a 2 cavabsız qolla uduzub. “Benfika” isə Portuqaliyada Danimarka “Midtüllan”ına böyük hesabla qalib gəlib.

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

2 avqust

21:00. “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya) – 1:2

Qollar: İbrahim Akanbi Raşid, 36 (penalti) – Tomaş Hori, 41 (penalti). Pavel Buça, 55

21:45. “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 1:2

Qollar: Bernard Tekbetey, 22 – Dino Periç, 6. Sercio Padt, 9 (avtoqol)

22:00. “Monako” (Fransa) – PSV (Niderland) – 1:1

Qollar: Aksel Disasi, 81 – Coi Verman, 38

22:45. “Yunion” (Belçika) – “Reyncers” (Şotlandiya) – 2:0

Qollar: Teddi Teuma, 27. Dante Vanzeyr, 76 (penalti)

23:00. “Benfika” (Portuqaliya) – “Midtüllann” (Danimarka) – 4:1

Qollar: Qonsalu Ramuş, 17; 33; 61. Entso Fernandes, 40 – Pione Sisto, 78 (penalti)

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin digər 5 oyunu bu gün keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” Bakıda Macarıstan “Ferentsvaroş”unu qəbul edəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…