26 baxış
Bu yazını paylaşın
İdman

Çempionlar Liqası: İnzagi “Milan”la cavab oyununun baş hakiminə təzyiq edib

15 May 2023

İtaliyanın “İnter” klubunun baş məşqçisi Simone İnzagi “Milan”a qarşı keçiriəcəkləri UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçının baş hakimi Kleman Türpenə təzyiq edib.

Telejurnalın məlumatına görə, oyunöncəsi mətbuat konfransında referinin fransalı olduğunu xatırladan 47 yaşlı mütəxəssis rəqibin heyətində onun 4 həmyerlisinin oynadığını bildirib.

Amma italiyalı çalışdırıcı bunun komandası üçün problem olmadığını söyləyib: “Nadir hallar istisna olmaqla, hakimlər haqqında danışmamağa üstünlük verirəm. İlk matçı xatırlayırsınızsa, bir epizod var idi – Kruniçin cərimə meydançasında Bastoniyə qarşı kobud oyunu başqa cür dəyərləndirilməliydi. Yəqin ki, hesab 3:0 olsaydı, cavab görüşü fərqli məcrada keçəcəkdi. Sabahkı hakimə gəlincə, dostlarım mənə dedilər ki, o, fransızdır və Milanda dörd həmyerlisi var. Bu, bizim üçün problem deyil”.

Qeyd edək ki, mayın 16-da keçiriləcək “Milan” – “İnter” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk qarşılaşmada Simone İnzaginin baş məşqçi olduğu komanda qələbə qazanıb – 2:0.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…