61 baxış
Bu yazını paylaşın
İdman

Çempionlar Liqası: Final oyununun baş hakimi dəyişdirilə bilər

01 İyun 2023

İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının final oyununun baş hakimi dəyişdirilə bilər.

Telejurnal “Sky Sport”a istinadən xəbər verir ki, buna səbəb matça təyinat alan polşalı referi Şimon Marçinyakın ölkəsində ultrasağçı siyasətçi Slavomir Mentsenin təşkil etdiyi aksiyaya qatılmasıdır. “Yeni Ümid” partiyasının rəhbəri homofob və antisemit ifadələri ilə tanınır.

Avropa futbol qurumunun dəqiqləşdirmə üçün təcili olaraq Marçinyaka müraciət etdiyi bildirilir. Onun həlledici görüşü idarə edib-etməyəcəyi ilə bağlı iyunun 2-də veriləcək.

Qeyd edək ki, final qarşılaşma iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…