254 baxış
Bu yazını paylaşın
İctimai

Çempionlar Liqası: Bu gün qrup mərhələsinin daha 3 iştirakçısı bəlli olacaq

23 Avqust 2022

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

“TELEJURNAL.AZ” xəbər verir ki, ilk oyun günündə qrup mərhələsinə son 6 vəsiqədən yarısı sahibini tapacaq.

“Qarabağ” Çexiyada “Viktoriya” (Plzen) kollektivinin müqavimətini qırmağa çalışacaq. Bakıdakı ilk görüşdə qolsuz bərabərlik qeydə alınıb.

Ukraynanın “Dinamo” (Kiyev) klubu Portuqaliyada “Benfika”nın qonağı olacaq. Lissabon təmsilçisi ilk matçda 2:0 hesabı ilə qalib gəlib.

İsrailda “Makkabi” (Hayfa) komandasına 2:3 hesabı ilə uduzan “Srvena Zvezda” isə Serbiyada məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

23 avqust

UEFA Çempionlar Liqası, pley-off mərhələsi

Cavab oyunları

23:00. “Viktoriya” (Plzen, Çexiya) – “Qarabağ” (Azərbaycan)
İlk oyun – 0:0

23:00. “Srvena Zvezda” (Serbiya) – “Makkabi” (Hayfa, İsrail)
İlk oyun – 2:3

23:00 “Benfika” (Portuqaliya) – “Dinamo” (Kiyev, Ukrayna)
İlk oyun – 2:0

Qeyd edək ki, Çempionlar Liqasında digər cavab qarşılaşmaları avqustun 24-də olacaq. Hələlik qrup mərhələsinin 32 iştirakçısından 26-sı məlumdur. Onlar UEFA reytinqində daha yüksək reytinqə malik ölkələrin təmsilçiləri olduqlarından, vəsiqələri birbaşa qazanıblar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…