28 baxış
Bu yazını paylaşın
İctimai

Çempionlar Liqası: Bu gün “Bavariya” – “Barselona” oyunu keçiriləcək

13 Sentyabr 2022

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna start veriləcək. “TELEJURNAL.AZ”ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək.

A qrupunda İngiltərə “Liverpul”u Niderlandda “Ayaks”ın, Şotlandiya “Reyncers”i İtaliyada “Napoli”nin qonağı olacaq.

B qrupunda “Portu” Portuqaliyada Belçika “Brügge”sini, “Bayer” Almaniyada İspaniyanın “Atletiko” (Madrid) komandasını qəbul edəcək.

Gecənin ən prinsipial və maraqla gözlənilən matçı C qrupunda olacaq. Qrup mərhələsinə qələbə ilə start verən Almaniya “Bavariya”sı ilə İspaniya “Barselona”sı Münhendə üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qonaqların heyətində Robert Levandovski 8 il formasını geyindiyi və ötən mövsümün sonunda tərk etdiyi Bundesliqa təmsilçinə qarşı mübarizə aparacaq. Bu qrupun digər oyununda Plzen “Viktoriya”sı Çexiyada İtaliya “İnter”ini sınağa çəkəcək.

D qrupunda İngiltərə “Tottenhem”i Portuqaliyada “Sportinq”lə, Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu isə Fransada “Marsel”lə qarşılaşacaq.

Çempionarl Liqası

Qrup mərhələsi, II tur

13 sentyabr

A qrupu

23:00. “Liverpul” (İngiltərə) – “Ayaks” (Niderland)

23:00. “Reyncers” (Şotlandiya) – “Napoli” (İtaliya)

Xal durumu: “Ayaks” – 3. “Napoli” – 3. “Liverpul” – 0. “Reyncers” – 0.

B qrupu

23:00. “Portu” (Portuqaliya) – “Brügge” (Belçika)

23:00. “Bayer” (Almaniya) – “Atletiko” (Madrid, İspaniya)

Xal durumu: “Atletiko” – 3. “Brügge” – 3. “Portu” – 0. “Bayer” – 0.

C qrupu

20:45. “Viktoriya” (Plzen, Çexiya) – “İnter” (İtaliya)

23:00. “Bavariya” (Almaniya) – “Barselona” (İspaniya)

Xal durumu: “Barselona” – 3. “Bavariya” – 3. “İnter” – 0. “Viktoriya” – 0.

D qrupu

20:45. “Sportinq” (Portuqaliya) – “Tottenhem” (İngiltərə)

23:00. “Marsel” (Fransa) – “Ayntraxt” (Frankurt, Almaniya)

Xal durumu: “Sportinq” – 3. “Tottenhem” – 3. “Marsel” – 0. “Ayntraxt” – 0.

Qeyd edək ki, II turun digər matçları sentyabrın 14-də olacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…