720 baxış
Bu yazını paylaşın
İctimai

Cəlilabadda yanğın zamanı 1 yanğınsöndürən xəsarət alıb, digəri zərər çəkib

22 Avqust 2022

Cəlilabad rayonu Göytəpə şəhər bazarında baş verən yanğın zamanı 1 nəfər yanğınsöndürən xəsarət alıb, daha 1 yanğınsöndürən isə zərər çəkib.

“TELEJURNAL.AZ” “Report”a istinadən xəbər verir ki, bu barədə Cəlilabad rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Yanğın nəticəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin 2 əməkdaşına hadisə yerində tibbi yardım göstərilib. Onlardan biri yüksək qan təzyiqi ilə, digəri isə çiyin nahiyəsinə od düşdüyü üçün yanıq xəsarətləri alıb. Onlara tibbi xidmət göstərilib.

Yanğın zamanı tüstüdən boğulma qeydə alınmayıb.

Hadisə yerinə 3 təcili tibbi yardım avtomobili cəlb olunub və yanğın tam söndürülüb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…