24 baxış
Bu yazını paylaşın
İctimai

Cəlilabadda rekord həddə paxlalı bitki əkilib, amma suvarmada problemlər yaranıb

12 İyun 2023

Cəlilabad rayonunda bu il ilk dəfə olaraq rekord həddə paxlalı bitkilər əkilib.

Telejurnal-ın  məlumatına görə, rayonda ilk dəfədir noxud sahələri 2 dəfəyədək artırılıb.

Hər il 3 min hektara yaxın əkilən noxud sahələri bu il 6 min hektara çatdırılıb.

Fermerlərin sözlərinə görə, ötən il bir kiloqramlıq məhsulun satış qiyməti 2,5 manat olub.

Builki gözləntilərinin də böyük olduğunu söyləyən sahibkarlar amma suvarma ilə bağlı problemlə üzləşdiklərini bildiriblər.

Onlar deyir ki, sahələrin yetərincə suvarılmaması məhsulun yetişməsi prosesini xeyli ləngidir. Fermerlər əkilən məhsulların vaxtında suvarılması üçün isə ərazidə subartezian və artezian quyularına ehtiyacın yarandığını bildiriblər.

Məsələ ilə bağlı Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən “Report”un yerli bürosuna bildirilib ki, mövcud problemlərin aradan qaldırılması üçün subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismar qaydalarının hazırlanaraq təsdiq edilməsi nəzərdə tutulub.

Qeyd edilib ki, bu il rayon ərazisində 7 subartezian quyusunun qazılması üçün vəsait ayrılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…