28 baxış
Bu yazını paylaşın
Cəmiyyət

Cəlilabadda bu gün 6 yanğın hadisəsi olub

12 İyun 2023

Cəlilabad rayonunda bu gün bir neçə yanğın hadisəsi baş verib.

Telejurnalın məlumatına görə, hadisələrdən biri Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində, yolun kənarında qeydə alınıb. Bu yanğın nəticəsində 0.5 hektar ərazidə quru kol-kos yanıb.

Daha sonra rayonun Bəcrəvan kəndində minik avtomobili yanaraq, kül olub.

Həmçinin, Cəlilabad şəhərinin Qurtuluş küçəsində 2 ərazidə və rayonun Alar kəndi ərazisində məişət tullantıları yanıb.

Daha bir yanğın hadisəsi rayonun Təklə kəndində bələdiyyəyə aid ərazidə biçilməmiş taxıl sahəsində qeydə alınıb. Yanğın nəticəsində 3 hektar biçilməmiş taxıl sahəsi yanıb.

Bütün yanğın yerlərinə yanğınsöndürənlər və texnikalar cəlb olunaraq yanğınlar söndürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb

20 İyul 2023
Pirallahı və Siyəzəndə qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bu…

Qazinin çənəsini sındırmaqda təqsirləndirilən idmançının məhkəməsi başlayıb

20 İyul 2023
Bu gün Binəqədi Rayon Məhkəməsində Dövlət Tibbi-Sosial Ekspertiza və…

Bu il 17 erkən nikahın qarşısı alınıb

19 İyul 2023
“2023-cü ilin birinci yarımili ərzində 17 erkən nikahın qarşısı…

Komitəyə məişət zorakılığı ilə bağlı müraciətlər 10% artıb

19 İyul 2023
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət…