49 baxış
Bu yazını paylaşın
İctimai

Cəlal Qasımov: “İşçilərin işə götürülməsi artıq strateji məsələdir”

21 İyun 2023

Azərbaycanda formalaşan yeni iqtisadiyyatda işçiyə yaradılan imkanlar əvvəlki kimi olmayacaq və artıq işçilərin işə götürülməsi strateji məsələdir.

Telejurnal  xəbər verir ki, bunu “PASHA Holding”in Baş icraçı direktoru Cəlal Qasımov Bakıda keçirilən İnsan Resursları Zirvəsi çərçivəsində “Köçü qarşıla” mövzusunda paneldə çıxışı zamanı deyib.

“İşçini maaşla, müəyyən bonuslarla şirkətdə ya hansısa qurumda saxlamaq getdikcə çətinləşəcək. Biz bu istiqamətdə təhlillər aparıb, başqa şirkətlərdə olmayan dəyərlər tətbiq edib, bu dəyərlərə qiymət verən insanlarla çalışmağı planlaşdırırıq. Əks halda işçi müəyyən zamandan sonra əməkdaşlığı bitirmək istəyir”, – C. Qasımov bildirib.

“PASHA Holding”in Baş icraçı direktoru vurğulayıb ki, artıq texnologiyanın üstünlüklərindən istifadə edərək məlumatlar toplamaq mümkündür: “Google”, “Chat GBT” və digər texnoloji vasitələr hesabına məlumat almaq asandır. Bu da biliyin bacarıq qarşısında üstünlüyünü azaldır. Mənim fikrimcə əsas olan texnoloji imkanlardan istifadə etməyi bacarmaqdır. Buna görə də bacarıq bilikdən daha üstündür”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…