27 baxış
Bu yazını paylaşın
İctimai

Cəbrayıl rayonunda baş vermiş mina hadisəsindən sonra müayinədən keçirilən ANAMA əməkdaşları evə buraxılıblar

20 İyun 2022

Bakı, 20 iyun, AZƏRTAC-a istinadən xəbər verirki,

İyunun 17-də Cəbrayıl rayonunun ərazisində baş vermiş mina hadisəsi zamanı yaxınlıqda olan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) bir neçə əməkdaşı beynəlxalq minatəmizləmə standardlarına uyğun olaraq profilaktika məqsədilə həkim müayinəsindən keçirilib və onlara psixoloji dəstək göstərilib.

ANAMA-nın mətbuat xidmətindən daxil olan məlumatda bildirilib ki, Mərkəzi Klinik Gəncə Xəstəxanasına yerləşdirilən Quliyev Ələsgər Asif oğlu və Cəbrayıllı Fərid Zakir oğlu, eləcə də Bakı şəhər Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilən Mustafayev Mahir Hüsaməddin oğlu və Gözəlov Samir Arif oğlu bütün zəruri tibbi müayinələrdən keçirilərək evə buraxılıblar. Həkim nəzarətindən keçən hər bir əməkdaşın vəziyyəti qənaətbəxşdir.

İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz mühitin yaradılmasında iştirak edən əməkdaşların sağlamlıq vəziyyəti hər zaman ANAMA-nın diqqət mərkəzindədir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…