56 baxış
Bu yazını paylaşın
Siyasi

Çavuşoğlu yenidən Bakıya gəldi – Video

02 Noyabr 2020

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda işgüzar səfərdədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN rəhbəri öz tvitter mikrobloqunda məlumat verib.

“Can Azərbaycana güclü dəstəyimizi yeniləmək, Dağlıq Qarabağa dair son vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq üçün bir daha Bakıda, qardaşlarımızın yanındayıq”, – deyə M. Çavuşoğlu bildirib.

Qeyd edək ki, Mövlud Çavuşoğlunu Hava limanında Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral qarşılayıb.

Xatırladaq ki, Türkiyə XİN başçısı sonuncu dəfə oktyabrın 6-da Bakıya səfər etmiş, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla görüşmüş, Prezident İlham Əliyevin qəbulunda olmuşdu.

***

Azərbaycan Xarici İşlər Nazirliyinin tvitter hesabında C. Bayramovun M. Çavuşoğlunu qarşılama mərasimindən video yerləşdirilib.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…