17 baxış
Bu yazını paylaşın
Siyasi

Çavuşoğlu: “Türkün yolu Zəngəzurdan və Qarabağdan keçir”

12 May 2023

Türkün yolu Türk Dövlətləri Təşkilatından, Orta Dəhlizdən, Zəngəzurdan və Qarabağdan keçir.

Telejurnal xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlu Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğluya xitabən Türkiyənin Azərbaycandan yan keçə bilməyəcəyini deyib.

“Azərbaycandan nə istəyirsiniz? Azərbaycan Qarabağı geri alanda hər cür dəstəyi verdik. Siz “təəssüf ki, Türkiyə Azərbaycanı dəstəklədi” – dediniz.

Azərbaycan niyə hərb meydanına endi? Öz torpaqlarını geri almaq üçün. Azərbaycan Ermənistanın torpaqlarına hücum etməyib ki?”, – Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Kamal Kılıcdaroğluya xitabən deyib.

Çavuşoğlu qeyd edib ki, bu gün türk dünyası güclüdür: “Öz milli müdafiə sistemlərimiz var. Düşmənə möhtac deyilik. Azərbaycandan nə istəyirsiniz? Bu gün Türkiyə böyük türk dünyasını birləşdirir. Bu gün Türkiyə Türk Dövlətləri Təşkilatının arzusunu, yəni türk dünyasının birləşmək arzusunu həyata keçirən bir ölkədir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…