40 baxış
Bu yazını paylaşın
Dünya

Çavuşoğlu: “Təcavüzkarla qurbanı fərqləndirməliyik”

03 Oktyabr 2020

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Azərbaycana dəstəyin Türkiyənin Ermənistanla həssas əlaqələrinin daha da zəifləyəcəyinə təsir edib-etməyəcəyi” barədə suala cavab verib.

“telejurnal” “Anadolu”a istinadən xəbər verir ki, türkiyəli nazir bildirib ki, Ermənistanla münasibətlərimiz həssasdırsa, bunun əsas səbəbi Ermənistanın bölgədə təcavüzkar yol seçməsi və eyni zamanda, konstruktiv və məsuliyyətli tərəfdaş ola biləcək bir siyasət yürüdə bilməməsidir.

O, qeyd edib ki, təcavüzkarla qurbanı fərqləndirməliyik:

“Hərbi əməliyyatların dərhal dayandırılmasına yönələn səthi tələblər və uzunmüddətli atəşkəsin təmin edilməsi bu dəfə faydalı olmayacaq. Ermənistanla münasibətlərimiz qeyri-müəyyəndirsə, bu bizim seçimimiz deyil. Əlbətdə ki, Ermənistan bölgədə sülh üçün konstruktiv və məsuliyyətli bir tərəfdaş olmağı seçərsə, Azərbaycan bundan çox şey qazanacaq”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…