21 baxış
Bu yazını paylaşın
Dünya

Çavuşoğlu: “Orta dəhlizin, Azərbaycanın və Türkiyənin mövqeyinin əhəmiyyəti artır”.

29 İyul 2022

“Son zamanlar Asiya və Orta Asiyada məhsulların Rusiya üzərindən Avropa bazarlarına çatdırılması xüsusilə Ukrayna ilə müharibə səbəbindən çətin və qeyri-mümkün görünür. Buna görə də Orta dəhlizin və Azərbaycan, Gürcüstan və Türkiyənin mövqeyinin əhəmiyyəti artır”.

TELEJURNAL. az Report-a istinadən  xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, rəsmi Ankara qarşıdakı dövrdə Gürcüstanı da belə görüşlərə qatmaq istəyir.

“Biz logistika və enerji sahəsində birgə işləməliyik. Bu, regionumuzun iqtisadi inkişafı və sabitliyi, beynəlxalq bazarlar baxımından əhəmiyyətli və regionumuzun enerji bazasına çevrilməsi baxımından son dərəcə vacibdir”, – Çavuşoğlu deyib.

Bir neçə gün əvvəl Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirləri toplantısının keçirildiyini qeyd edən Çavuşoğlu bildirib ki, avqustun 2-də Türkiyə-Azərbaycan-Özbəkistan toplantısı təşkil olunacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…