37 baxış
Bu yazını paylaşın
Dünya

Çavuşoğlu Azərbaycana qarşı ikili standartdan şikayət etdi – Video

15 Oktyabr 2020

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun isveçli həmkarı Ann Linde ilə Ankarada baş tutan görüşündən sonra ortaq mətbuat konfransı keçirilib.

“telejurnal” xəbər verir ki, Çavuşoğlu çıxışı zamanı Qərb və dünya ictimaiyyəti tərəfindən Dağlıq Qarabağ məsələsində Azərbaycana münasibətdə ikili standartların tətbiq olunduğunu bəyan edib.

İsveç XİN rəhbərinin “Atəşkəs əldə olunmasına baxmayaraq, Dağlıq Qarabağda davam edən qarşıdurmalar bizi çox narahat edir. Tərəfləri bu münaqişələri dayandırmağa və razılığa əməl etməyə dəvət edirəm” sözlərindən sonra çıxış edən Çavuşoğlu, bu ifadələrə sərt reaksiya verib:

“Beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarını qəbul edirik, ancaq buna əlavə olaraq, Ermənistanın geri çəkilməsini çağırsalar, o zaman beynəlxalq birliyin bu problemi həll etmək istəyini görə bilərik, amma bu çağırış edilmir. Söhbət Krım və Ukraynadan gedəndə, ATƏT də daxil olmaqla hamımız Rusiyanın geri çəkilməli olduğunu söyləyirik, ancaq Qarabağ məsələsində eyni çağırışı etmirik”.

Çavuşoğlu həmçinin Minsk qrupu olaraq görüşlərin keçirilməsinin faydalı olduğunu, bununla belə həmsədrlərin indiyə kimi görülən işlər barədə hesabat hazırlamalı olduğunu qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…