367 baxış
Bu yazını paylaşın
İqtisadi

“Caspian Business Award 2021” mükafatının təqdimetmə mərasimi təşkil edilib

18 Dekabr 2021

Dekabrın 17-də “Caspian Energy Club” Yeni il bayram ziyafəti və “Caspian Business Award 2021” beynəlxalq mükafatının təqdimat mərasimini keçirib.

‘TELEJURNAL’  xəbər verir ki, bu barədə AZƏRTAC-a “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Tədbir iştirakçılarını salamlayan Telman Əliyev qeyd edib: “Pandemiya dövründə şirkətlərimiz, “Caspian Energy Club” üzvləri üçün daha fəal və faydalı olmağa çalışdıq. Onlayn və oflayn formatda 200-dən artıq tədbir keçirildi. “Energy for business” şüarımıza sadiq qalaraq biznes nümayəndələri ilə müsbət enerjimizi bölüşdük və onlara “Caspian Energy Club”un biznes enerjisini ötürdük”.

O bildirib ki, 2021-ci ili Azərbaycan xalqı qalib kimi qarşıladı. Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızı azad etdi. Qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurun hava qapısı hesab edilən Füzuli hava limanı tikildi.

“Caspian Energy Club” olaraq şəhid ailələri qarşısında baş əyir və “Dəmir yumruq” əməliyyatında iştirak etmiş hər kəsə təşəkkür edirik. Şəhid ailələrinə, müalicəyə və yardıma ehtiyacı olan qazilərə kömək edir və bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”, – deyə T.Əliyev vurğulayıb.

Onun sözlərinə görə dövlət qurumları və biznes birgə əməkdaşlığı davam etdirir, birgə layihələr həyata keçirir, biznesin qarşılaşdığı problemləri birgə həll edirlər: “Biz bütün hökumət üzvlərinin xidmətlərini yüksək qiymətləndirir, ölkənin rəhbərliyi tərəfindən Azərbaycanda biznesin və investisiya mühitinin inkişafına göstərilən dəstəyə görə təşəkkür edirik. Hər bir nominant həm Azərbaycanda, həm də ümumilikdə regionda iqtisadi və sosial layihələrin inkişafına töhfələr verməyə davam edən bütöv həmfikirlər ordusudur. Bu gün “Caspian Business Award” beynəlxalq mükafatı ilə təltif olunanlar, uğurlu layihələr həyata keçirən, dinamik nəticələr göstərən, 2021-ci ildə biznesin inkişafında mühüm rol oynayan dövlət qurumları və şirkətlərin nümayəndələri ölkədə və regionda iqtisadiyyatın daha sürətli inkişafı üçün oriyentir rolunu oynayır”.

T.Əliyev qeyd edib ki, nominantlar “Caspian Energy Club”a daxil olan yüksək və orta səviyyəli şirkətlərin menecerləri arasında keçirilən sorğu nəticəsində müəyyənləşdirilib.

“Caspian Business Award” mükafatının təqdimetmə mərasimində dövlət qurumlarının, nazirliklərin rəhbərləri, “Caspian Energy Club”un üzv şirkətlərinin top-menecer və nümayəndələri iştirak ediblər.

“Biznes-hökumət dialoqunun inkişafına verdiyi töhfəyə görə” nominasiyasında “Caspian Business Award” mükafatına Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, Milli Məclisin deputatı Tahir Mirkişili layiq görülüblər.

Daha sonra “Caspian Business Award 2021” mükafatı “İlin neft və qaz hasilatçısı” nominasiyasında SOCAR-ın “Azneft” İstehsalat Birliyi, “İlin qazma şirkəti” nominasiyasında SOCAR-ın Kompleks Qazma İşləri Tresti, “Regionların sosial inkişafına verdiyi xüsusi töhfəyə görə” nominasiyasında “Azəriqaz” İB, “İlin mobil operatoru” nominasiyasında “Nar”, “İlin kosmetika və parfümeriya mağazalar şəbəkəsi” nominasiyasında “ADORE Kompani”, “İlin logistika şirkəti” nominasiyasında “ASE Logistics Group”, “Qabaqcıl ödəniş vasitələrinin tətbiqi” nominasiyasında “Azericard” MMC, “İlin süd məhsulları istehsalçısı” nominasiyasında “Azərsüd”, “İlin yanacaqdoldurma stansiyalar şəbəkəsi” nominasiyasında “Azpetrol” LTD, “İlin mineral suyu” nominasiyasında “Badamlı Mineral Sular” MMC, “İlin IT şirkəti” nominasiyasında “Bestcomp Group”, “İlin reklam agentliyi” nominasiyasında “BHB Strategic & Creativ CO.”, “Fərdi mühafizə vasitələrinin istehsalı üzrə ilin şirkəti” nominasiyasında “Debet Safety”, “İlin un məhsullarının istehsalçısı” nominasiyasında “Delta Qrup C.O.”, “İlin reklam istehsalçısı” nominasiyasında “VİTAM”, “Ekoloji layihələrin icrasında fəal iştirakına görə” nominasiyasında “Yağmur-2” MMC, “İlin bankı” nominasiyasında “Yelo Bank”a təqdim olunub.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”un mənzil-qərargahı Bakıda yerləşir. “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

https://azertag.az/xeber/Caspian_Business_Award_2021_mukafatinin_teqdimetme_merasimi_teskil_edilib-1955038

 

 

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…