26 baxış
Bu yazını paylaşın
İctimai

CAR “Taxıl sazişi”nin bərpası üçün Rusiyaya çağırış edib

02 Avqust 2023

Cənubi Afrika Respublikası (CAR) “Taxıl sazişi”nin bərpa olunması üçün Rusiyaya çağırış edib.

TELEJURNAL  xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Naledi Pandor danışıb.

O bildirib ki, Rusiyanı danışıqlara qayıtmağın zəruriliyinə inandırmağa çalışır: “Biz bunun üçün çox səy göstəririk. Tərəflərlə əlaqə saxlayırıq”.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı “Taxıl sazişi”ini uzatmağa çağırıb. Sənədin müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Taxıl sazişi”nun uzadılması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə danışmaq niyyətində olduğunu bəyan edib. Ankara sazişin ən qısa zamanda bərpasını gözləyir.

Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) “Taxıl sazişi”ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu gün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla “Taxıl sazişi”nin perspektivi barədə danışacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…