21 baxış
Bu yazını paylaşın
Dünya

CAR-da vəbadan ölənlərin sayı 30-u keçib

08 İyun 2023

Cənubi Afrika Respublikasında (CAR) fevral ayından bəri vəba xəstəliyinin alovlanmasında ölənlərin sayı 31 nəfərə çatıb.

”Telejurnal.az” xəbər verir ki, bu barədə “Eyewitness” radiostansiyası yerli orqanlara istinadən məlumat yayıb.

Qautenq əyalətində vəbadan 29 ölüm, Fri Steyt və Mpumalanqa əyalətlərində 1 ölüm qeydə alınıb. CAR-da ümumilikdə 166 laboratoriya tərəfindən təsdiqlənmiş yoluxma halı aşkar edilib, daha 202-si isə həkimlər tərəfindən yoxlanılır.

Qeyd edək ki, rəsmilər daha öncə 22 nəfərin öldüyünü açıqlamışdı.

Ölkənin Prezidenti Siril Ramaposa cümə axşamı günü epidemiyanın episentrinə çevrilmiş Hammanskraaleyə baş çəkib.

“İçməli su ilə bağlı problemlər uzun müddətdir Hammanskraale sakinlərinin şikayətlərinə səbəb olub. Hökumət adından sizi məyus etdiyimizə görə üzr istəmək istəyirəm”, – dövlət başçısı qeyd edib.

Prezident bildirib ki, yerli orqanlar vəba epidemiyası ilə mümkün qədər tez mübarizə aparmaq üçün bütün lazımi tədbirləri görür.

Xatırladaq ki, CAR Afrikada vəba hallarının qeydə alındığı yeganə ölkə deyil. 2022-ci ilin yazında Afrikanın cənubunda başlayan hazırkı epidemiyanın episentri Malavidədir. Bu il xəstəliyin epidemiyası qitənin cənub və qərbində yerləşən 14 ölkədə qeydə alınıb. Ən çox xəstələr Malavi (58,8 min) və Mozambikdədir (26 min).

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…