178 baxış
Bu yazını paylaşın
İctimai

Canni De Byazi: “Millətlər Liqasını qələbə ilə başa vurmaq istəyirik”

11 Avqust 2022

“Sentyabrda daha iki oyunumuz var”.

“TELEJURNAL.AZ”ın məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsində Slovakiya və Qazaxıstana qarşı keçirəcəkləri qrup mərhələsinin oyunları barədə “Tuttomercatoweb” nəşrinə müsahibəsində deyib.

İtaliyalı mütəxəssis turniri qələbə ilə başa vuracaqlarına ümid etdiyini bildirib: “Bundan sonra nələrin olacağını görəcəyik”.

66 yaşlı baş məşqçi Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğlu Xviça Kvaratsxeliyanın İtaliya “Napoli”sinə keçidinə də toxunub: “Keyfiyyəti və gənc futbolçudur. Lorentso İnsinye, Dris Mertens və Xalidu Kulibalinin gedişindən sonra komandanın güclənməsini başa düşmək olar. Yeni oyunçular lazımdır. Transfer dövrü belə bitsə, baş məşqçi Luçano Spaletti xoşbəxt olmayacaq”.

Qeyd edək ki, Canni De Byazinin AFFA ilə müqaviləsi bu ilin noyabrında başa çatacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…