53 baxış
Bu yazını paylaşın
Uncategorized

Canni De Byazi: “Bilirik ki, bütün komandalar reytinqdə bizdən üstündü, ancaq…”

09 Oktyabr 2020
“Çətin dövr yaşayırıq. Azərbaycan üçün qeyri-adi vəziyyətdi. Buna baxmayaraq, maksimum dərəcədə konsentrasiyalı olmağa çalışırıq. Sabahkı oyun bizim üçün vacibdi. Qrup birincisi olmaq istəyiriksə, yaxşı nəticə qazanmalıyıq. Bilirik ki, bütün komandalar reytinqdə bizdən üstündü. Ancaq məqsədimizi reallaşdırmaq üçün sona qədər mübarizə aparacağıq”.

“telejurnal” “Qaynarinfo”ya istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda Monteneqro ilə oyundan öncə mətbuat konfransında deyib.

İtalyan mütəxəssis “Monteneqronun əvvəlki rəqiblərdən nə kimi fərqi var” sualına belə cavab verib: “Monteneqro böyük keyfiyyətlərə malik komandadı. Bir çox oyunçusu dünyanın müxtəlif çempionatlarında çıxış edir. Həm təcrübəli, həm də gənc futbolçuları var. Onları yaxşı təhlil etmişik. İlk iki oyunda qələbə qazansalar da, böyük üstünlük əldə etdiklərini demək olmaz. Biz bir matçda uduzmuşuq. Hansı ki, həmin görüşdə bir saatdan çox azlıqda çıxış etmişik. Sabah kim az səhvə yol versə, qələbə qazanacaq”.
Baş məşqçi sabahlı oyunun heyətinini bu günkü məşqdən sonra müəyyənləşdirəcəyini bildirib.
Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…