27 baxış
Bu yazını paylaşın
Siyasi

Buxarest Sazişi enerji sektorunda yeni, çox mühüm mərhələ açdı

20 Dekabr 2022

Buxarestdə imzalanan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş Cənubi Qafqaz regionunun Avropa İttifaqı ilə strateji əməkdaşlığında, ilk növbədə enerji sektorunda yeni, çox mühüm mərhələ açdı.

TELEJURNAL xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Tengiz Txilava söyləyib.

Onun sözlərinə görə, ekoloji cəhətdən təmiz, bərpa olunan mənbələrdən enerji istehsalını nəzərdə tutan “Yaşıl enerji” layihəsi inkişaf etmiş ölkələrin enerji siyasətində getdikcə daha çox yer tutur. “Goldman Sachs” İnvestisiya Bankının proqnozlarına görə, 2040-cı ilə qədər yaşıl enerji istehsalına yönəldiləcək investisiyaların həcmi 30 trilyon dollar təşkil edəcək.

Hazırkı saziş Azərbaycanda, Xəzər dənizində bərpa olunan enerji istehsalının maliyyələşdirilməsini, Gürcüstan ərazisindən və Qara dənizin dibi ilə keçəcək kabel vasitəsilə Azərbaycandan Rumıniyaya elektrik enerjisinin nəqlini nəzərdə tutur.

Avropa İttifaqının prezidenti Ursula Fon der Lyayenin imzalanma mərasimində iştirak etməsi layihənin xüsusilə mühüm əhəmiyyət kəsb etməsini bir daha sübut edir.

T.Txilava deyir ki, Azərbaycanın Avropa İttifaqının tərəfdaşı kimi əhəmiyyəti zaman keçdikcə artır. Xanım Fon der Lyayenin bu ilin iyulunda Azərbaycana səfəri və Prezident İlham Əliyev ilə görüşü və əməkdaşlıq memorandumunun imzalanması Aİ-nin enerji sektorunda tərəfdaş kimi Azərbaycana verdiyi önəmi göstərdi. Əgər ötən il Azərbaycanın Aİ bazarına ixracı 8,2 milyard kubmetr enerji təşkil edirdisə, bu il bu həcm 11,3 milyard kubmetr təşkil edib, gələn il isə 11,6 milyard kubmetr olacaq. Gələn il təbii qaz ixracı 2019-cu ildəki 19 milyarda qarşı 24 milyard kubmetr təşkil edəcək.

Politoloqun fikrincə, Azərbaycan ilə Avropa İttifaqı arasında artan əməkdaşlıq Azərbaycanın strateji tərəfdaşı kimi Gürcüstan üçün də böyük əhəmiyyət kəsb edir. Gürcüstan Azərbaycanın enerji resursları və elektrik enerjisi üçün tranzit ölkəsi olmaqla yanaşı, böyük mənbələrə və imkanlara malik olmaqla, özünün ekoloji cəhətdən təmiz, bərpa olunan enerji istehsalına başlamaq üçün yaxşı şans qazanır. Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq Gürcüstana öz potensialını kifayət qədər nümayiş etdirməyə imkan yaradır. Bir sözlə, bu layihə Azərbaycanla strateji əməkdaşlığın ölkəmiz üçün əhəmiyyətini daha da artırır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…