31 baxış
Bu yazını paylaşın
Siyasi

Bursa meri: “Şuşanı görməyi çox istəyirəm”

30 Mart 2022

“Şuşaya səfər etməyi, bu şəhəri görməyi çox istəyirəm. Ümid edirəm ki, gələn TÜRKSOY çərçivəsində bunu həyata keçirə biləcəyəm”.

“TELEJURNAL” xəbər verir ki, bunu “Report”a Türkiyənin Bursa şəhərinin meri Alinur Aktaş bildirib.

“Azərbaycanın mədəniyyət naziri Anar Kərimov da bu gün bizimlədir. Yürüş zamanı baş tutan söhbətimiz zamanı TÜRKSOY-un iclasının Şuşada keçirilməsi məsələsini də müzakirə etdik. Bursa artıq belə miqyasda bir tədbirin keçirilməsi təcrübəsinə malikdir və bu təcrübəni Azərbaycanla bölüşməyə hazırıq. Təcrübəmizi bölüşmək üçün il ərzində Azərbaycana nümayəndə heyəti göndərməyi planlaşdırırıq”, – Alinur Aktaş deyib.

Xatırladaq ki, bu gün Bursada 2022-ci il Türk Dünyası Mədəniyyət Paytaxtı Əlaqələndirmə Mərkəzinin açılış mərasimi keçirilib.

Şuşa şəhəri 2023-cü ildə Türk Dünyası Mədəniyyət Paytaxtı elan ediləcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…