58 baxış
Bu yazını paylaşın
Dünya

Bundestaq İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyib

08 İyul 2022

Bakı, 8 iyul, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Almaniya Bundestaqı İsveç və Finlandiyanın NATO-ya üzv olmaq barədə müraciətlərini dəstəkləyib.

Bundestaq yay tətili öncəsi keçirdiyi son iclasında Finlandiya və İsveçin NATO-ya üzv olmasını böyük səs çoxluğu ilə təsdiqləyib. Bundan əvvəl Skandinaviya ölkələrinin müraciətləri alyansın bir neçə üzvü, o cümlədən Kanada, Polşa, Danimarka və Norveç tərəfindən də dəstəklənmişdi.

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı ratifikasiya prosesi iyulun 5-də start götürüb. Alyansın bütün dövlətləri tərəfindən üzvlük protokolları ratifikasiya edildikdən sonra bu ölkələr rəsmən NATO-ya üzv olacaq. Alyansın baş katibi Yens Stoltenberq prosesin bir neçə ay çəkə biləcəyini deyib.

Qeyd edək ki, Finlandiya və İsveç alyansa qəbul olunmaq üçün mayın 18-də rəsmi müraciət edib. Lakin Türkiyənin vetosu bu prosesi bir müddət ləngidib. İyunun 28-də Madriddə Şimali Atlantika Alyansının sammitindən öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistyö, İsveçin baş naziri Maqdalena Anderson və NATO-nun baş katibi Yens Stoltenberq arasında tərəflərin maraqlarına cavab verən memorandum imzalanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…