54 baxış
Bu yazını paylaşın
Siyasi

“Bundan sonra da azərbaycanlı qardaşlarımızın yanında olacağıq”

02 Oktyabr 2020

“Azərbaycanın illərdir Qarabağ üzərindəki haqq işinə bir həll təklif etməyənlərin, Azərbaycanın öz hüquqlarını qorumağa başlaması ilə atəşkəs çağırışları etməsi səmimi olmadığı kimi inandırıcı da deyil”. 

“telejurnal” “Qafqazinfo”a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə Naziri Hulusi Akar Kayseridə “ASPILSAN Energy AŞ” Batareya İstehsal Müəssisəsinin təməlatma mərasimində çıxışında deyib.

Hulusi Akar bildirib ki, Azərbaycan Silahlı Qüvvələri qələbəni təkbaşına əldə etmək qabiliyyətinə və bacarığına, işğal altındakı ərazilərini xilas etmək əzminə və qətiyyətinə sahib olduğunu bütün dünyaya nümayiş etdirib.

“30 ildir dialoq, siyasi həll deyənlər nə etdi? Əcdadlarımız 7 iqlimdə və 3 qitədə sülh, sabitlik və ədalət uğrunda mübarizə aparıblar və həmişə haqlıların və məzlumların yanında olublar. Biz hər zaman Azərbaycan türkləri ilə bir olmuşuq. Bundan sonra da “iki dövlət, bir millət” anlayışı ilə öz torpaqlarını bərpa etmək uğrunda mübarizədə azərbaycanlı qardaşlarımızın haqq işində yanında olmağa davam edəcəyik. Allahdan şəhid olmuş bütün qardaşlarımıza rəhmət, yaralılara təcili şəfa, Azərbaycan xalqına başsağlığı diləyirəm”,- deyə Akar qeyd edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…