19 baxış
Bu yazını paylaşın
İctimai

Bugünkü MİQ imtahanlarında on üç mindən çox namizəd iştirak edəcək

13 İyul 2023

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən  bildirilib ki, bu gün imtahanların ilk seansına ibtidai sinif (Azərbaycan bölməsi), ikinci seansına isə ibtidai sinif (Azərbaycan/rus bölməsi), musiqi fənləri üzrə namizədlər dəvət olunub. MİQ-in test imtahanı mərhələsində namizədlərə 150 dəqiqə vaxt verilir.

Xatırladaq ki, test imtahanları iyulun 11-dən başlanıb və iyulun 15-dək davam edəcək. Ümumilikdə 58 minə yaxın namizədin iştirak edəcəyi imtahanlar ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.

Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…