49 baxış
Bu yazını paylaşın
Dünya

Budapeşt, Peç və Mişkolts şəhərləri iqlim baxımından neytral və ağıllı şəhərlər proqramında iştirak edəcəklər

08 İyul 2022

Bakı, 8 iyul, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

Avropa Komissiyası 2030-cu ilə qədər iqlim baxımından neytral və ağıllı sayılan 100 şəhər yaradılması proqramında iştirak edəcək şəhərlərin seçimini başa çatdırıb.

həmin “bəxtəvər” şəhərlər arasında Macarıstanın paytaxtı da var. Bu barədə Budapeşt şəhər hökumətinin başçısı Gergey Karaçon öz Facebook səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, Budapeştdən 180 kilometr şimal-şərqdə yerləşən Mişkolts və paytaxtdan 170 kilometr cənub-qərbdə yerləşən Peç şəhərləri də həmin proqram üçün seçilib.

İndi bu üç şəhər 2050-ci ilə qədər iqlim baxımından neytral olmağa hazırlaşan bütün başqa Avropa şəhərlərinə kömək üçün eksperimental və innovasiyalı ekosistemlər kimi çıxış edəcəklər.

Bildirilir ki, Avropa layihəsinin büdcəsi 360 milyon avroya bərabərdir.

Xatırladaq ki, Azərbaycanda analoji pilot proqramı üçün Şərqi Zəngəzur iqtisadi rayonunun işğaldan azad edilmiş Zəngilan rayonundakı Ağalı kənd seçilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…