77 baxış
Bu yazını paylaşın
Dünya

Bu illərdə dünyada rekord temperatur müşahidə edilə bilər

17 May 2023

Birləşmiş Millətlər Təşkilatına (BMT) bağlı Ümumdünya Meteorologiya Təşkilatı (WMO) dünyada rekord hava istiliyinin müşahidə oluna biləcəyi tarixi açıqlayıb.

 

“Telejurnal” xarici KİV-ə istinadən xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının hesabatında 2023-2027-ci illərdən ən azı birinin ən isti il olacağı vurğulanıb.

 

Bu 5 ilin hamısının qlobal temperaturun rekord səviyyələrə çatdığı dövr olacağı ehtimalının 98% olduğu bildirilib.

Hesabatda havanın temperaturunun dünyanın müxtəlif yerlərində yağışlara təsir göstərə və yağışların regional miqyasda artıb azala biləcəyi qeyd edilib.

Bildirilib ki, istixana qazı emissiyaları okeanların istiləşməsinə və turşulaşmasına, buzlaqların əriməsinə, dəniz səviyyəsinin qalxmasına və ekstremal hava hadisələrinə də səbəb olur.

 

Ümumdünya Ticarət Təşkilatının baş katibi Petteri Taalas qeyd edib ki, rekord temperaturlar sağlamlıq, qida təhlükəsizliyi, su idarəçiliyi və ətraf mühit üçün geniş nəticələrə səbəb olacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…