254 baxış
Bu yazını paylaşın
İqtisadi

Bu ildən Naxçıvana qaz nəqli Türkmənistanla imzalanmış müqaviləyə əsasən aparılır

05 Yanvar 2022

Azərbaycan ilə Türkmənistan arasında imzalanmış müqaviləyə əsasən ölkəmizə nəql olunması nəzərdə tutulan qaz artıq ilin əvvəlindən Naxçıvan Muxtar Respublikasının ərazisinə nəql olunmasına başlanılıb.

‘TELEJURNAL’ xəbər verir ki, bu sözləri AZƏRTAC-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Bildirib ki, ilin əvvəlindən bu müqaviləyə əsasən ölkəmizə nəql olunması nəzərdə tutulan qaz artıq Azərbaycana təhvil verilir: “Qaz Naxçıvan Muxtar Respublikasının ərazisinə nəql olunur”.

Gətirilən qazın qalan həcminin isə Astara yaxınlığında təhvil alınacağını söyləyən İ.Əhmədov deyib: “İrandan gəlmiş nümayəndə heyəti ilə birlikdə bunun üçün texniki hazırlıq işləri aparılır. Sözügedən Saziş əsasında Azərbaycana ümumilikdə (hər iki istiqamət üzrə) gündəlik 4 milyon kubmetrdən çox təbii qazın nəql olunması nəzərdə tutulur”.

Qeyd edək ki, Türkmənistandan alınan ümumi qazın təxminən 20-30 faizini svop haqqı kimi İran götürəcək, qalan hissəsi isə Azərbaycana tədarük ediləcək. İranın Neft Nazirliyinin məlumatında deyilir ki, illik 2 milyard kubmetrə qədər qaz mübadiləsini nəzərdə tutan Sazişə görə, Türkmənistan Azərbaycana gündəlik 5-6 milyon kubmetr qaz ötürəcək.

Qaz Sazişi ötən il noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 15-ci Zirvə Toplantısı zamanı üç Xəzəryanı ölkələrin prezidentləri tərəfindən dəstəklənərək, noyabrın 30-da neft sənayesi nazirləri tərəfindən imzalanıb.

Svop Sazişinə əsasən, İran Türkmənistandan qaz alacaq və Azərbaycana Astara sərhədində svop haqqı çıxılmaqla bərabər ekvivalent məbləği çatdıracaq. Svop Sazişi çərçivəsində İran Türkmənistandan alacağı qazla ölkənin şimal əyalətlərinin ehtiyaclarını ödəyəcək.

İranın cənubda böyük təbii qaz yataqları var, ancaq İran xüsusilə qış aylarında ölkənin şimal əyalətlərini qazla təmin etmək üçün 1997-ci ildən Türkmənistandan qaz idxal edir.

Ekspertlər hesab edirlər ki, bu Sazişin həyata keçirilməsi regiondakı digər ölkələri də oxşar sazişlər imzalamağa və İranın bu məsələdə imkanlarından istifadə etməyə sövq edə bilər.

Rusiyadan sonra ən böyük yüksəktəzyiqli qaz kəməri şəbəkəsinə malik olan İran qazın bu ölkənin şərqindən qərbinə və Azərbaycan kimi qonşu ölkələrə nəqlində əsas rol oynaya bilər. Bu Saziş həm də İran üçün böyük bir addımdır, çünki ölkənin təbii qaz mənbələrindən uzaqda yerləşən şimal-şərq rayonlarının sabit qaz təchizatını təmin edəcək.

İranın qaz ehtiyatları 34 trilyon kubmetr təşkil edir.

https://azertag.az/xeber/Bu_ilden_Naxchivana_qaz_neqli_Turkmenistanla_imzalanmis_muqavileye_esasen_aparilir-1967558

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…