45 baxış
Bu yazını paylaşın
İqtisadi

Bu il üçün Neft Fondunun investisiya portfelində ABŞ dollarında ifadə olunan aktivlərin çəkisi 65 faiz proqnozlaşdırılır

06 Yanvar 2021

2021-ci il üçün Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində ABŞ dollarında ifadə olunan aktivlərin çəkisi 65 faiz, avroda 20 faiz, ingilis funt sterlinqində 5 faiz, digər valyutalarda isə 10 faiz səviyyəsində olması proqnozlaşdırılır.
Telejurnal.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin layihəsinə Rəyində deyilir. Bildirilir ki, 2020-ci il üzrə Neft Fondunun büdcəsində nəzərdə tutulan xərclərin gözlənilən icrasını nəzərə almaqla, habelə 2020-ci ilin sonuna büdcədənkənar gəlir və xərclərin dəyişkənliyini və neftin qiymətinin dəyişməsinin ilin sonuna ARDNF-in aktivlərinə təsirini nəzərə alaraq 2020-ci ilin sonuna fondun aktivlərinin həcmi 42 milyard 577,2 milyon dollar götürülüb. 2021-ci il üçün Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı gəlirliliyi 1,09 faiz proqnozlaşdırılıb ki, bu da fondun investisiya portfelinin bütün alt portfellərinin gəlirliliklərinin cəmi kimi müəyyən edilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…